Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan qazının Avropada payı genişlənir

SOCAR TAP vasitəsilə Avstriya və Almaniyaya qaz tədarükünə başlayıb, ixrac ölkələrinin sayı 16-ya çatıb

225

2026-cı ilin yanvarından etibarən Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirib. Belə ki, qaz tədarükü digər ölkələrlə yanaşı, artıq Avstriya və Almaniyadan olan alıcılara da həyata keçirilir.

İtaliya üzərindən Avstriya və Almaniyaya çatdırılan Azərbaycan qazı Avropada yeni bazarların əhatə olunmasına imkan yaradıb. Bununla da Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya yüksəlib.

SOCAR Avropa və Yaxın Şərq regionlarında qazın marketinqi sahəsində fəaliyyətini ardıcıl şəkildə genişləndirir, müxtəlif ölkələrin enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrini gücləndirir və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.