Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Pakistana investisiya yatırır

Nazirlər arasında telefon danışığında iri investisiya layihələrinin perspektivləri müzakirə olunub

298

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarov arasında telefon danışığı baş tutub.

Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, görüş zamanı Azərbaycanın Pakistana təxminən 2 milyard ABŞ dolları məbləğində investisiya yatırımı perspektivləri müzakirə edilib.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək, əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində razılıq əldə ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.