Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Pakistana dəstəyini ifadə etdi

XİN rəhbərləri İslamabaddakı terror aktını və regional təhlükəsizliyi müzakirə ediblər

54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon əlaqəsi saxlayıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Ceyhun Bayramov İslamabadda məsciddə törədilmiş terror aktını kəskin şəkildə pisləyib, faciə nəticəsində həyatını itirənlərin ailələrinə, eləcə də Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib. Nazir Azərbaycanın terrorizmə qarşı mübarizədə daim Pakistanın yanında olduğunu xüsusi vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan-Pakistan strateji tərəfdaşlığının müxtəlif istiqamətləri, mövcud razılaşmaların icrası, eləcə də bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.