Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan-Pakistan Hərbi Dəniz Qüvvələri əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Səfər çərçivəsində birgə təlimlər, təcrübə mübadiləsi və hərbi-texniki əməkdaşlıq müzakirə edilib

444

Pakistan İslam Respublikasına səfər edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib və şəhid abidəsi önünə əklil qoyulub. Görüşdə tərəflər donanmalar arasındakı hazırkı əməkdaşlığı və gələcək inkişaf perspektivlərini müzakirə edərək, təcrübə mübadiləsi və birgə təlimlərin əhəmiyyətini vurğulayıblar.

Daha sonra kontr-admiral Ş.Məmmədov Pakistanın Federal Müdafiə Naziri Asif Məhəmməd Xavaca görüşərək qəbula görə təşəkkürünü bildirib. Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının ölkə rəhbərliyi üçün prioritet olduğunu qeyd ediblər və qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.

Səfər çərçivəsində kontr-admiral Ş.Məmmədov Pakistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Əbdül Münib ilə görüşüb və ölkəmizin Pakistanda təlim keçən hərbi qulluqçularını ziyarət edərək təlimlərin gedişi ilə tanış olub. Həmçinin Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə də tanışlıq həyata keçirilib.

Hərbi Dəniz Qüvvələrinin Ali Komandanının səfəri iki ölkənin donanmaları arasında əməkdaşlığın genişləndirilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə qarşılıqlı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.