Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Ordusunda Gənclər Günü təntənəli şəkildə qeyd olunub

Tədbirlər çərçivəsində şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib və mədəni proqramlar təqdim olunub

111

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda müxtəlif tədbirlər keçirilib.

Tədbirlər mərasimlə başlayaraq, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda Gənclər Gününün qeyd olunması uzunmüddətli ənənəyə malikdir və gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda vurğulanıb ki, bu siyasət hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bayram çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı mədəni proqramlarla çıxış ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.