Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Müdafiə Nazirliyinin hazırlıq planına uyğun olaraq hərbi hissələrdə təntənəli tədbirlər baş tutub

9

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, avqustun 17-də Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Mərasimlər döyüş bayraqlarının sıra meydanına gətirilməsi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi and içərək Vətənə, dövlətə və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Mərasimlərdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri gənc əsgərləri təbrik edərək onlara nümunəvi xidmət, silah və texnikanın sirlərinə dərindən yiyələnmə və peşəkar döyüş hazırlığının daim yüksəldilməsi ilə bağlı tövsiyələrini veriblər. Çıxış edən valideynlər isə yaradılan şəraitə görə dövlət rəhbərliyinə və Müdafiə Nazirliyinə təşəkkürlərini ifadə ediblər.

Mərasimlər şəxsi heyətin təntənəli marşla tribunaların önündən keçidi ilə başa çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.