Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan kibertəhlükəsizliyi strateji səviyyədə gücləndirir

Rəqəmsal inkişaf prioritetləri kibertəhlükəsizlik sahəsində yeni hədəflər qoyur

27

Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi qiymətləndirilir. Bu barədə Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Prezident vurğulayıb ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı ölkənin əsas strateji istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu hədəflərə çatmaq üçün dövlət və özəl sektor arasında effektiv əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.