Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası(AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası(AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib.
2024-cü il 19 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib. Bu tədbir, kibertəhlükəsizlik sahəsindəki mövcud vəziyyətin və qarşıda duran hədəflərin müzakirə edildiyi əhəmiyyətli bir platforma olub. Müxtəlif ekspertlər və təşkilat rəhbərləri iştirak edərək, ölkənin kibertəhlükəsizlik infrastrukturunun inkişafı və bu sahədəki yeni təşəbbüslər haqqında fikir mübadiləsi aparıblar.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2024-cü il üzrə təqdim etdiyi hesabat və həyata keçirilən fəaliyyətlər ölkəmizdə kibertəhlükəsizlik sahəsində mühüm nailiyyətləri əks etdirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.