Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan–İran münasibətləri

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakının çətin günlərdə göstərdiyi həmrəyliyi yüksək qiymətləndirib və qarşılıqlı dəstəyin davam edəcəyini bildirib.

81

“Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik”

Bu fikirləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında səsləndirib.

Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək dəyərləndirilir. Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasında mövcud olan tarixi və mədəni bağların ayrılmaz tərkib hissəsidir.

Müctəba Dəmirçilu çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin vəfatı ilə bağlı başsağlığı verməsini və göstərilən dəstəyin yüksək qiymətləndirildiyini də qeyd edib.

Səfir əlavə edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Telefon söhbəti zamanı Azərbaycan tərəfi bir daha bəyan edib ki, ölkə öz ərazisindən hər hansı dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına yol verməyəcək. Bu mövqenin rəsmi Bakı tərəfindən dəfələrlə ifadə edildiyi vurğulanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.