Azərbaycan iqtisadiyyatında 2025-ci ilin yekunları açıqlanıb
ÜDM 1,4% artaraq 129,1 milyard manata çatıb, qeyri-neft sektorunda isə 2,7% artım müşahidə olunub
2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 129,1 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin açıqlamasına görə, son bir ildə neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7% artım qeydə alınıb.
ÜDM-in sahələr üzrə payı belə olub: sənaye – 33%, ticarət və nəqliyyat vasitələrinin təmiri – 11,3%, nəqliyyat və anbar təsərrüfatı – 7,1%, tikinti – 6,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 5,9%, turizm və ictimai iaşə – 2,8%, informasiya və rabitə sahələri – 2,1%, digər sahələr isə 21,7%. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edib.
Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM 12 602 manat olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.