Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 32 milyard manata yaxınlaşıb

Bank və qeyri-bank sektorları vasitəsilə iqtisadiyyata verilən kreditlər 2025-ci illə müqayisədə 9% artıb, biznes və istehlak kreditləri portfelin əsas hissəsini təşkil edir

246

2026-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına ümumilikdə bank və qeyri-bank sektorları vasitəsilə təxminən 31,95 milyard manat kredit qoyulub.

Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,1% artım, yəni təxminən 2,66 milyard manat artım deməkdir.

Bu dövrdə dövlət bankları iqtisadiyyata 7,87 milyard manat, özəl banklar 22,20 milyard manat, qeyri-bank kredit təşkilatları isə 1,88 milyard manat həcmində kredit ayırıb.

Bankların kredit portfeli isə 30,06 milyard manat səviyyəsində olub. Onun strukturu belədir: 16,11 milyard manat biznes kreditləri, 9,35 milyard manat istehlak kreditləri və 4,60 milyard manat ipoteka kreditləri.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.