Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan “İnterviziya” müsabiqəsində iştirakdan imtina etdi

Moskvada keçiriləcək beynəlxalq mahnı yarışmasında iştirak qərarından geri çəkilən ölkə rəsmən açıqlama verdi

10

Azərbaycan sentyabrın 20-də Moskvada baş tutacaq “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bildirilib ki, Azərbaycan ilkin dəvətdən imtina edib. Eyni zamanda Ermənistanın hələ də iştirakını rəsmiləşdirmədiyi qeyd olunur.

Müsabiqədə 20-dən çox ölkənin yer alacağı gözlənilir. Hazırda iştirakını təsdiqləyən dövlətlər arasında Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası var.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.