Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan idxalda təhlükəsizlik tədbirlərini gücləndirir

Livan və Litvanın bəzi bölgələrindən ət məhsullarının gətirilməsinə xəstəliklər səbəbindən müvəqqəti qadağLivan və Litvanın bəzi bölgələrindən ət məhsullarının gətirilməsinə xəstəliklər səbəbindən müvəqqəti qadağa tətbiq edilib.

356

Azərbaycan bəzi ölkələrdən ət məhsullarının idxalını müvəqqəti dayandırıb.

Livanın Akkar və Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq, Litvanın Telşyay və Şyaulyay bölgələrində isə blutanq xəstəliklərinin qeydə alınması səbəbindən həmin ərazilərdən Azərbaycana ət və ət məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qurumdan bildirilib ki, ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvafiq məhsulların idxalına müvəqqəti qadağa qoyulub.

Məlumatda qeyd olunub ki, tətbiq edilən məhdudiyyətlərin icrası ilə bağlı Dövlət Gömrük Komitəsinə də müvafiq müraciət edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.