Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan hərbçiləri “Sülh Qalxanı – 2026” təlimində iştirak etmək üçün BƏƏ-yə yola düşüb

Təlim antiterror bacarıqlarının gücləndirilməsi və təcrübə mübadiləsi məqsədilə keçiriləcək

263

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Onlar fevralın 2-3-də keçiriləcək “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimdə iştirak edəcəklər.

Məlumatlara görə, bu təlimin əsas məqsədi iştirakçı ölkələrin hərbi kontingentlərinin antiterror əməliyyatlarındakı peşəkarlığını artırmaq, sülhün qorunmasına dəstək vermək və qarşılıqlı təcrübə mübadiləsini təmin etməkdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.