Azərbaycan güləşçiləri Universiadada 8 medal qazandı
Millimiz həm yunan-Roma, həm də sərbəst güləşdə uğurla çıxış etdi
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışları başa çatıb. “Ruh Ordo” mədəniyyət mərkəzində təşkil olunan yarışlarda Azərbaycan idmançıları 8 medal əldə edib.
Son gündə daha 4 güləşçimiz fəxri kürsüyə yüksəlib. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırov (86 kq) və Yusif Dursunov (125 kq) qızıl medal qazanıblar. Musa Ağayev (65 kq) isə gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycan güləşçiləri Universiadanı ümumilikdə 8 medalla – 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Xatırladaq ki, əvvəlki yarış günlərində Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətov (74 kq) və Cavad Məmmədov (77 kq) isə bürünc medal əldə etmişdilər.
Yekun nəticələrə görə, yunan-Roma güləşi üzrə komandamız birinci, sərbəst güləş üzrə millimiz isə ikinci yeri tutub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.