Azərbaycan–Ermənistan arasında yanacaq ticarəti
2025-ci ildə Ermənistana ixrac olunan Aİ-95 benzininin dəyəri 788,8 min dollar olub
2025-ci il ərzində Azərbaycan Ermənistan bazarına yanacaq satışı həyata keçirib. Rəsmi statistikaya əsasən, bu ölkəyə ixrac olunan məhsulların ümumi dəyəri 788,8 min ABŞ dolları təşkil edib.
Məlumat Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda yer alıb. Statistik göstəricilərə görə, hesabat dövründə Ermənistandan Azərbaycana hər hansı məhsul idxalı qeydə alınmayıb.
Qeyd olunur ki, ötən ilin sonunda Azərbaycandan Ermənistana 1220 ton Aİ-95 markalı benzin göndərilib. Bu tədarük iki ölkə arasında uzun fasilədən sonra həyata keçirilən yanacaq ixracı kimi qiymətləndirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.