Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi: Su tarifləri ilə bağlı müraciət etməmişik

Qurum bəzi media və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib, Tarif Şurasına suyun qiymətinin artırılması ilə bağlı rəsmi müraciətin olmadığını bildirib.

52

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su tariflərinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət ünvanlamadığını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, bəzi media orqanlarında və sosial şəbəkələrdə qurumun suyun qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da su resurslarının davamlı idarə olunması, maliyyə dayanıqlığının gücləndirilməsi və su təhlükəsizliyinin təmin edilməsi məqsədilə tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulub.

Bildirilib ki, bu strategiyanın hədəflərinə uyğun olaraq ADSEA-nın tabeliyində olan qurumlar arasında müvafiq müzakirələr aparılır. Lakin hazırda suyun qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına rəsmi müraciət edilməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.