“Azərbaycan Dəmir Yolları”nda struktur dəyişiklikləri
QSC-də yenilənmə prosesi çərçivəsində ixtisarların davam edəcəyi gözlənilir
“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan yenidənqurma işləri çərçivəsində işçi ixtisarları həyata keçirilir. Yenilənən yol infrastrukturuna uyğun olaraq bəzi ara stansiyalar bağlanıb və həmin məntəqələrdə çalışan işçilərin müqavilələrinə xitam verilib.
Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150-yə yaxın əməkdaş işdən çıxarılıb. Bir qisim işçilər digər vəzifələrə yönləndirilsə də, əksəriyyətinə əmək haqqının bir neçə misli ödəniş edilməklə öz ərizələri ilə işdən ayrılmaq təklif olunub. Təklifi qəbul etməyənlərə isə 3 aylıq əmək haqqı ödənilərək müqaviləyə xitam verilib.
Qeyd olunur ki, bu proses davamlı xarakter daşıyır və yaxın vaxtlarda daha çox ixtisar gözlənilir.
Xatırladaq ki, rəsmi göstəricilərə əsasən, ilin əvvəlində QSC-də 4875 nəfər çalışırdı. 2025-ci ilin ilk yarısında bu rəqəm 4798-ə enib. Başqa sözlə, yalnız ilk yarımildə 77 nəfər işini itirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.