Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan BMT-ə 2026-cı il üçün üzvlük haqqını tam ödəyib

BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq ölkəyə təşəkkür edib və Bakının Xəzər dənizinin 28 metr altında yerləşdiyini xatırladıb

38

Azərbaycan 2026-cı il üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) adi büdcəsinə nəzərdə tutulmuş üzvlük haqqını tam olaraq yerinə yetirib. Bu barədə jurnalistlərə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq məlumat verib və vaxtında ödəməyə görə ölkəyə təşəkkürünü bildirib.

F. Haq, həmçinin jurnalistlər üçün kiçik bir viktorina təşkil edərək, Azərbaycanın paytaxtının Xəzər dənizinin qərb sahilində yerləşdiyini və dəniz səviyyəsindən 28 metr aşağıda olduğuna diqqət çəkib. Bu da Bakını dünyanın ən alçaq paytaxtlarından birinə çevirir.

“Bir təxmininiz varmı? Bəli, söhbət Azərbaycan Respublikasının paytaxtı Bakıdan gedir. Azərbaycan BMT-nin adi büdcəsinə tam töhfəsini verib və biz Bakıdakı tərəfdaşlarımıza təşəkkür edirik,” – F. Haq qeyd edib.

O əlavə edib ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan bu il də BMT üzvlük haqqını tam ödəyən ilk ölkələr sırasında yer alıb. Hazırkı vəziyyətə görə, Azərbaycandan başqa 24 üzv dövlət də maliyyə öhdəliklərini tam şəkildə yerinə yetirib.

BMT-nin büdcəsi təşkilatın 193 üzv dövlətinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Bu haqlar ölkələrin ödəmə qabiliyyətinə əsaslanaraq müəyyən edilir. Toplanan vəsaitlər Baş Assambleya, ixtisaslaşmış komitələr və Katibliyin inzibati xərclərinin ödənilməsi üçün istifadə olunur. Bundan əlavə, büdcənin böyük hissəsi sülhməramlı missiyaların maliyyələşdirilməsinə yönəldilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.