Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan beynəlxalq tərəfdaşlıq mövqeyini gücləndirir

Ölkəmiz Avropa İttifaqı və NATO üzvü dövlətlər üçün daha əhəmiyyətli tərəfdaşdır

47

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
  1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
  2. Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.