Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Beynəlxalq Bankının “Qoşa saat” layihəsi çərçivəsində MDU-da tədbir keçirilib

171

2022-ci ilin 19 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və  Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə təşkilatçılığı ilə “Qoşa saat” layihəsi çərçivəsində “Uğur hekayəni ABB ilə yaz” şüarı altında tədbir keçirilib. Tədbirdə ABB-nin bir qrup əməkdaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və professor Elnur Sadıqov universitetdə maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin müasir tələblər səviyyəsində yüksəldilməsində müvafiq dövlət və özəl qurumlar ilə əməkdaşlığın önəmindən bəhs ediblər. Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri olan ABB ilə birgə fəaliyyətin əhəmiyyətini vurğulayan professorlar tədbirin təşkilatçılarına təşəkkürlərini ifadə edib, tələbələri layihədən maksimum faydalanmağa və fəal olmağa çağırıblar.

ABB-nin İnsan resursları departamentinin direktoru Məlahət Abdullayeva “Qoşa saat” layihəsinin əsas məqsədi və gənclər üçün yaratdığı imkanlardan danışıb. Sözügedən layihə çərçivəsində birgə tədbirin təşkilini universitetlə əməkdaşlıq əlaqələrinin qurulması baxımından müsbət dəyərləndirən M.Abdullayeva iştirakçılara uğurlar arzulayıb.

Sonra, MDU-nun Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədovanın moderatorluğu ilə təqdimatlar dinlənilib. ABB-nin İnsan resursları departamentinin İşə qəbul şöbəsinin əməkdaşları Aytən Səfərli “CV hazırlanması”, Aynur Səmədzadə “Müsahibəyə hazırlıq. ABB Karyera portalı”, biznes tərəfdaşı Sənan Məmmədov “Uğur hekayəsi” və Filiallarla iş departamentinin direktor müavini Rəşad Abbasov “Filiallar haqqında məlumat. Ön ofis” mövzularında təqdimatla çıxış edib və tələbələrin suallarını cavablandırıblar.

Tədbirdə fəallığı ilə fərqlənən tələbələrə ABB əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.

????????????????????????????????????
????????????????????????????????????

????????????????????????????????????

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.