Avropa ölkələri Qrenlandiyada hərbi mövqelərini genişləndirir
Fransa və Almaniya hərbçilərini adaya göndərir, Danimarka və İsveç isə mövcud qüvvələrini gücləndirir; regiondakı gərginlik artıb.
Fransa Prezidenti Emmanuel Makron hərbçilərə etdiyi çıxışda Qrenlandiyaya 15 fransız əsgərin göndərildiyini açıqlayıb. O, 2026-2030-cu illər üçün müdafiə büdcəsinin 36 milyard avro artırılmasının zəruriliyini də vurğulayıb.
“Bild” qəzetinin məlumatına görə, Almaniya da bu təşəbbüsə qoşularaq Bundesver qoşunlarının qabaqcıl qrupunu yaxın günlərdə adaya göndərəcək. Hazırda Danimarka Qrenlandiyaya hərbi qüvvələr yerləşdirib, İsveç isə personalının bir hissəsini adaya göndərdiyini təsdiqləyib.
Bu addımlar Qrenlandiya ətrafında hərbi gərginliyin artmasına səbəb olur və regionda təhlükəsizlik vəziyyətini diqqət mərkəzinə gətirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.