Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa İttifaqından Mingəçevirə dəstək

Mingəçevir Avropa İttifaqının "Merlər Sazişi " layihəsində

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirdiyi “Merlər Sazişi”nin  üzvü olan Mingəçevir Bələdiyyəsi də təqdim etdiyi layihəyə görə maliyyə dəstəyi alacaq.  Gürcüstanda keçirilən  yubiley tədbirində bu barədə  qərar verilib. 

Mi-news.az-a  verilən  məlumata görə, Mingəçevir Avropa İttifaqının  “Merlər Sazişi ” layihəsinin önəmli partnyorlarından birinə çevrilib. Bu günlərdə Sazişin ərsəyə gəlməsinin 10 illik əlamətdar təqvimi münasibəti ilə qonşu Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində baş tutan yubiley tədbirində Mingəçevir şəhər Bələdiyyəsinin 2020-2035 ci illər üçün təklif etdiyi 2 mərhələli 8 bəndlik layihəsi zəruri  maliyyə dəstəyi almaq üçün təsdiq olunub.

Layihənin Mingəçevir İşçi Qrupunun sədri, yerli Bələdiyyənin komissiya sədri Şəhriyar Mustafayevin məlumatına görə təkiflər paketi  iki mərhələli 8 təşəbbüs layihəsini əhatə edir.

Layihələr Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir. 55 ölkənin 1100 dən artıq seçkili orqanı, yəni Bələdiyyəsi  Merlər Sazişinin üzvüdür. 2012 ci ildə təməli atılan bu Sazişə Azərbaycanda ilk olaraq İçərişəhər Dövlət Tarixi Memarllq Qoruğu imza atıb. Mingəçevir Bələdiyyəsi isə 2017 ci ildən bərabər hüquqlu partnyorlardan biridir.

Şəhriyar Mustafayevin sözlərinə görə, layihə ümumi anlamda müasir enerji resurslarının tışviq edilməsini, həmin resurslardan səmərəli  istifadəni və bu təşəbbüslərin icrasına zəruri  beynəlxalq texniki dəstəyi və maliyyə yardımını nəzərdə tutur.

Layihə müvafiq olaraq 2020-2030  və 2025-2035 ci illəri əhatə edəcək.

Şərhlər bağlıdır.