Avqustun 20-si üçün hava proqnozu açıqlanıb
Bakıda və rayonlarda əsasən yağmursuz, bəzi yerlərdə qısamüddətli yağış gözlənilir
Milli Hidrometeorologiya Xidməti avqustun 20-si üçün ölkə üzrə hava şəraiti barədə məlumat yayıb.
Xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, yağış ehtimalı azdır. Səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağışın düşməsi mümkündür. Şimal-şərq küləyi mülayim sürətlə əsəcək.
Havanın temperaturu gecə +22-dən +25 °C, gündüz isə +29-dan +34 °C arasında dəyişəcək. Atmosfer təzyiqi normadan bir qədər aşağı – 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz isə 45-50 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin Lənkəran-Astara zonasında gündüz qısamüddətli yağış, şimşək çaxması və dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi gündüz bəzi yerlərdə ara-sıra güclənəcək.
Temperatur göstəriciləri belə olacaq: gecə +21-dən +25 °C, gündüz +32-dən +37 °C, dağlıq ərazilərdə gecə +10-dan +15 °C, gündüz isə +20-dən +25 °C.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.