Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Audiovizual Şura xəbərdarlıq etdi – qanun pozuntusuna yol verən kanallar cəzalandırılır

“Space TV”, “Dünya TV”, “MTV” və “Space FM” kanallarının yayımı 14 yanvarda 3 saatlıq dayandırılacaq; “Neftçi TV”nin peyk lisenziyası ləğv olunub

751

Audiovizual Şura 14 yanvar 2026-cı il tarixində bir sıra televiziya və radio kanallarının yayımını qısa müddətə dayandırmaq qərarı verib. Qərar bu kanalların reklam və yayımlanan proqramlarda qanun pozuntularına yol verməsi ilə bağlıdır.

Məlumata görə, “Space TV” 14 yanvar saat 12:00-dan 15:00-dək yayımını dayandıracaq. Kanalın ötən il yayımlanan proqramında aparıcının ayrı-seçkilik təbliğinə yol verməsi nəzərə alınıb.

Bundan əlavə, “Dünya TV”, “MTV” və “Space FM” kanallarında reklam qanunvericiliyinin pozulması faktları müəyyən olunub. Şura mütəxəssislərinin araşdırması nəticəsində həmin kanallar üçün 3 saatlıq yayım dayandırılması sanksiyası tətbiq olunub.

Audiovizual Şura, “Azercell Telekom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidmətləri lisenziyalarını da təqdim edib, həmçinin “Neftçi TV” kanalının peyk yayımı həyata keçirmədiyi üçün lisenziyası ləğv olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.