Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ata olmaq artıq daha sosial təminatlıdır

Yeni dəyişikliklərə əsasən, uşağın doğulması ilə bağlı atalara 14 günlük ödənişli məzuniyyət veriləcək

47

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərinə uyğun olaraq Əmək Məcəlləsində yeni dəyişikliklərin edilməsi planlaşdırılır. Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliklərə görə, Azərbaycan BƏT-in ratifikasiya etdiyi konvensiyalara uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi” və “minimum əməkhaqqı” kimi yeni anlayışların əlavə edilməsi nəzərdə tutulur.

BƏT-in 165 nömrəli Tövsiyəsi əsasında Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi də təklif olunur. Yəni, müəssisədə vakant yer yarandıqda və natamam iş vaxtının tətbiqinə səbəb olan hallar aradan qalxdıqda, işəgötürən həmin işçinin tam iş vaxtına keçidi üçün şərait yaratmalıdır.

“Analığın mühafizəsi” Konvensiyasına uyğun olaraq isə Məcəlləyə mühüm yenilik əlavə edilir:
– Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi, uşaq gözlənilən tarixdən faktiki doğuş gününə qədər olan müddət qədər ödənişli şəkildə artırılacaq və bu uzadılma doğuşdan sonrakı məzuniyyət müddətini azaltmayacaq.
– Bundan əlavə, uşağın doğulması münasibətilə atalara tibb müəssisəsinin arayışı əsasında ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.