Astronomik hadisələr 2026-cı ildə: Günəş və Ay tutulmaları
Tutulmalar dünyanın müxtəlif bölgələrindən görünəcək, Azərbaycan yalnız avqust Ay tutulmasının bir hissəsini müşahidə edə biləcək
2026-cı ildə iki Günəş və iki Ay tutulması baş verəcək.
İlin ilk Günəş tutulması fevralın 17-də halqavari formada baş tutacaq. Bu tutulma Antarktida və Hind Okeanının cənubunda görünəcək, lakin Azərbaycandan müşahidə olunmayacaq. İkinci Günəş tutulması avqustun 12-də tam tutulma olaraq baş verəcək və Şimali Amerika, Avropa və Qrenlandiyada izləniləcək. Azərbaycan ərazisində bu tutulma da görünməyəcək.
Ay tutulmalarından biri martın 3-də baş verəcək və tam tutulma olacaq. Bu “qanlı Ay” effekti ilə müşayiət olunacaq və Asiya, Avstraliya, Şimali Amerika kimi regionlarda görünəcək. İkinci Ay tutulması avqustun 28-də qismən və yarımkölgəli şəkildə müşahidə olunacaq. Azərbaycan ərazisindən isə yalnız yarımkölgəli Ay tutulmasının kiçik bir hissəsini səhər saatlarında izləmək mümkün olacaq.
2026-cı il astronomik hadisələr baxımından kifayət qədər maraqlı olacaq və göydə baş verən bu unikal təbiət hadisələrini izləmək astronomiya həvəskarları üçün əvəzsiz fürsət yaradacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.