Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ASAN volunteers” birinci oldu

Mingəçevirdə "Heydər Əliyev İli"nə həsr olunan intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adı altında keçirilən yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli liderin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən rəsmi qonaqlar və təşkilatçılar ulu öndərin həyat və fəaliyyəti, gənclər siyasəti ilə bağlı ətraflı məlumat verib, intellektual gənclər ordusunun formalaşmasının əhəmiyyətiniə diqqət çəkib və komandalara uğurlar arzulayıblar.

Yarışda 9 komanda Azərbaycan tarixi, mədəniyyəti, elm və incəsənəti, Heydər Əliyev və onun gənclər siyasəti, ümumi dünyagörüşünü əhatə edən sualları cavablandırmaqla qalib olmaq uğrunda mübarizə aparıb. Nəticədə “ASAN volunteers” komandası I, “Go” komandası II, “45-ci Legion” komandası isə III yerin qalibi olub.

Şərhlər bağlıdır.