Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Arvadını qətlə yetirib xaricə qaçan şəxs tutuldu

R. İbrahimovun Azərbaycana ekstradisiyası üzrə hazırlıq işləri davam edir

35

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən çıxan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində 1969-cu il təvəllüdlü Rüstəm İbrahimovun hadisəni törətdikdən sonra əvvəlcə Türkiyə vasitəsilə, sonra isə Çinə getdiyi müəyyən edilib.

Azərbaycan və Çin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı ilə R. İbrahimov Çinin Xianyang şəhərində ələ keçib. Hazırda onun ölkəmizə gətirilməsi üçün bütün zəruri tədbirlər görülür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.