Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Arayik Harutyunyan və digər erməni əsilli şəxslərə hökm oxunub

Bakı Hərbi Məhkəməsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır ittihamlarla bağlı məhkəmə prosesi başa çatıb

277

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilən sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən müharibə cinayətləri, soyqırımı, təcavüzkar müharibənin hazırlanması və aparılması, müharibə qanunlarının pozulması, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi ağır ittihamlarla bağlı açıq məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən iclasda Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmə iclasında hər kəs öz dilində tərcüməçi və müdafiəçilərlə təmin olunub. İclasda həmçinin zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını təqdim edən prokurorlar, eləcə də Azərbaycan dövləti adından Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.