Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Aran”ın Bakıda yekun tədbiri oldu

Xalqımızın qəhrəmanlıq tarixinə nəzər salındı

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” layihəsinə aprelin 12-də Bakının “Anatoliya” otelində keçirdiyi “dəyirmi masa”a ilə yekun vurub. Tədbirdə paytaxtı ilə yanaşı Gəncə, Cəlilabad, Lerik, Salyan, Ağdam və digər şəhər və bölgələrdən gəlmiş, övladlarını Vətən yolunda qurban vermiş valideynlər, onların doğmalar və yaxın adamları iştirak edibr. Tədbirə ictimaiyyət nümayəndələri və media təmsilçiləri də qatılıb.

Öncə söz verilən ictimai birliyin sədri İbrahim Hüseynov agentlik rəhbərliyinə belə mənalı və yaradıcı iş üçün göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə qatılan Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov xalqın qələbə əzminə diqqəti çəkib. O, iki Vətən müharibəsi arasındakı mənzərəni müqayisə edərək bildirib ki, Birinci Qarabağ Müharibəsində şəhid olanlarımızın sayı 20 mindn çox idi: “Təkcə Ağdamdan Vətən yolunda canlarını qurban verənlərin sayı 6 mini ötürdü. Lakin son müharibədə 3 minə yaxın itkimiz oldu. Göründüyü kimi, fərq çox böyükdür. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibəyə ordu ilə birgə müdafiə sənayesini və xalqı hərtərəfli hazırladı”.

Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə”Qələbə şəhidləri” kitabının ərsəyə gəlmə ideyasından danışıb: “Bu ideya mənə məxsusdur. Birliyin sədri və salyanlı ziyalılar təşəbbüsümü müdafiə ediblər. Üç cildi İbrahim Hüseynovun vəsaiti hesabına nəşr etdirmişik. Dördüncüsündə isə agentlik tərəfindən bizə dəstək göstərilib. Əminik ki, bu iş yarımçıq qalmayacaq. Bütün Azərbaycan şəhidlərinin həyat və döyüş yolu burada işıqlandırılacaqdır”.

R.Hüseynzadə şəhid ailələrindən xahiş edib ki, materialların daha maraqlı və məzmunlu alınmasına köməklərini əsirgəməsinlər.

Tədbirin keçirildiyi Nərimanov rayonunun Ağsaqqallar Şurasının sədri Bəbir Hüseynov deyib ki, Qarabağda doğulub, torpaqlarımızın və sakinlərimizin yaşadıqları müsibətləri, döyüş səhnələrini gözüylə görüb: “Əflatun müəllim  Ağdamda ilk döyüşlərdəki itkilərimizi yada saldı. Mən bunları gözümlə görmüşəm. Yaxşı orduya yaxşı sərkərdə lazımdır ki, qələbə qazanasan. Cənab Prezidentimiz İlham Əliyev simasında bunu bütün dünyaya sübut etdik”.

Tarixçi-alim Araz Məmmədzadə Birinci Qarabağ müharibəsindəki iştirakını göz önünə gətirib: “Növbəti müharibədə biz tamam fərqli mənzərənin şahidi olduq. İtkilərimiz nəzərəçarpacaq dərəcədə azaldı. Bu, hərb tariximizdə görünməmiş bir qələbə idi, cəmi 44 günə əldə etdik”.

İranlı Mühacirlər Yazıçılar Birliyinin üzvü, vətənpərvərlik mövzusunda silsilə şeirlərin müəllifi Tarıyel Pərdəşünas (Ümid) şəhid ailəsinin üzvü kimi hiss və həyacanlarını bölüşdürdü. Qızının simasında bu ağrıları yaşadığını dilə gətirdi. Gizir, istehkam komandiri Mayis Şahbəyoğlu Səmədovun igidliyindən danışdı, şəhidlərə həsr etdiyi şeiri söylədi.

Mərkəzi Elmi Kitabxananın Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri bu bilik ocağında saxlanılan nümunələrdən danışdı. O, bildirdi ki, polkovnik rütbəli qardaşı şəhid Babək Səmidlinin əsgərlərə üç sözü vardı: “Əsgərlər, ya qalib olaq, ya şəhid olaq, ya qazi olaq! Başqa yolu yoxdur”.

Şərhlər bağlıdır.