Aran bölgəsində kənd təsərrüfatının və heyvandarlığın inkişafına böyük töhfələr vermiş qazi
Uzun illər ərzində Yevlax rayonu ərazisində və ümumən bütün Aran bölgəsində taxılçılığın və heyvandarlığın inkişafına davamlı töfhələr vermiş Qabil Məmmədov ismini regionda tanımayan barmaqla sayıla biləcək adam ola bilər. Hindistan cinsli camışların yetişdirilməsinə ölkədə ilk imza atanlardan olan bu təcrübəli şəxs , eyni zamanda kənd təsərrüfatının inkişafı üçün önəmli sahələrdən hesab olunan taxıl toxumçuluğu bazasının rayon ərazisində təşəkkül taparaq böyüməsində önəmli pay sahibi olub. Adi dillər əzbəri olan Qabil Məmmədov bu uğuru nəticələrə təsadüfən gəlib çıxmamışdı. Vaxtilə kolxoz sədri , rayon Ərzaq və Kənd Təsərrüfatı Malları İdarəsinin rəisi, Qoyunbinəsi kəndinin Bələdiyyə sədri və uzun illər Yevlax rayon İcra Hakiniyyəti başçısının müavini vəzifəsində çalışıb.İllər ərzində əldə etdiyi zəngin təcrübə onu sonralar bir kamil təsərrüfatçı kimi kənd təsərrüfatı və heyvandarlığın inkişafı sahəsində uğurlu addımlar atmağa sövq edib.Hazlrda Qabil Məmmədovun qurub yaratfığı sahələrdə 250 başdan çox məhsuldar Hindistan və yerli cinsli heyvanlar yetişdirilir, eyni zamanda 100 hektardan çox ərazudə taxılçılıqda yüksək tələbatla qarşılanan Murov, Elit və Aran növ toxum yetişdirilir.
Çox qəribə səslənsə də artıq bir ildir ki, birinci Qarabağ müharibəsi qazisi və Əmək ordeni mükafatçısı olan Qabil Məmmədovun qurub yaratdığı təsərrüfatlarda iş ahəngi onun iştirakı olmadan övladlarının iştirakı və nəzarəti altında davam etdirilir.Həm də çox böyük uğurla. Çünki bir il öncə tanınmış qurucu təsərüfatçı Qabil Məmmədov dünyasını dəyişib.
Övladları Rahil , Elşən və Vəfa atalarının qurub yaratdığı önəmli sahələrdə inkişafı daha da irəlilərə aparmağa qərarlıdır. Rahil Süleymanzadənin sözlərinə görə 3 övlad və 8 nəvə sahibi olan atasının qəlbində ulu öndər Heydər Əliyevə hüdudsuz sevgi yer alıb.
Dəfələrlə dahi şəxsiyyətin Yevlağa işgüzar səfərlərinin iştirakçısı olan Qabil Məmmədov Heydər Əliyev ideyalarından mənəvi güc aldığını hər zaman hər yerdə etiraf edirmiş.Bəlkə də bu səbəbdən ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 3 cü dərəcəli Əmək Ordeni ilə təltif olunduğu zaman doğmalarına çox xoşbəxtəm ki, sevdiyim şəxsiyyətlərdən örnək götürüb , mükafat aldım deyib. Qabil Məmmədov həm də ictimai fəallığı və yüksək vətənpərvərliyi ilə daim diqqət mərkəzində olub.Qoyunbinəsi Malbinəsi kəndlərinin yol qovşaqlarının , Qoyunbinəsi məktəb binasının inşaasına və qurulmasına təşəbbüs göstərib, şəhidlərin xatirə abidəsinin inşaasında yaxından iştirak edib. Oğlu Rahil Süleymanzadə atadan qalan dəyərli mirasa sonadək sadiq qalacaqlarını deyir. Hətta heyvandarlıq və taxıl toxumçuluğunu irəlilərə daşımaqla yanaşı, pambıqşçılığın inkişafına da önəmli töfhə vermək niyyətində olduqlarını deyir.Görünür aqillər ot kök üstə bitər deyimini təsadüfi söyləməyib.
Şərhlər bağlıdır.