Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi tamamlandı

Körpü Şərqi Zəngəzurdan Naxçıvana əlaqəni gücləndirəcək və Fars körfəzindən Qara dənizə olan strateji marşrutun vacib hissəsinə çevriləcək.

45

Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası artıq yekunlaşıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini və Azərbaycan-İran Dövlətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda keçirilən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq Komissiyasının 17-ci iclasında açıqlayıb.

O bildirib ki, körpü sərhəd və gömrük infrastrukturu ilə birlikdə tamamlandıqdan sonra istifadəyə veriləcək. Mustafayev əlavə edib ki, bu layihə Şərqi Zəngəzur iqtisadi bölgəsini ən qısa və səmərəli marşrutla Naxçıvanla birləşdirəcək və Fars körfəzindən Qara dənizə olan gəlirli yol marşrutunun mühüm hissəsini təşkil edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.