Apple büdcə seqmenti üçün yeni MacBook hazırlayır
Şirkətin ən sərfəli noutbuku 699 dollar civarında qiymətlə satışa çıxa bilər
Apple yaxın vaxtlarda daha münasib qiymət kateqoriyasında yeni MacBook modelini təqdim etməyi planlaşdırır. Bu barədə Mark Gurman sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata əsasən, yeni cihaz “Mac” seriyasında indiyə qədər buraxılmış ən əlçatan model olacaq. Noutbukun sarı, yaşıl, mavi, çəhrayı, gümüşü və tünd-boz rəng variantlarında təqdim ediləcəyi bildirilir.
Gözləntilərə görə, model 13 düymlük ekranla təchiz olunacaq və A18 Pro prosessoru ilə işləyəcək. Bu çipin “iPhone 18 Pro” seriyasında istifadə edilməsi nəzərdə tutulur. Qurman plastik korpusla bağlı yayılan iddiaları təkzib edərək bildirib ki, yeni MacBook digər modellər kimi alüminium gövdəyə sahib olacaq.
Rəsmi qiymət hələ açıqlanmasa da, ilkin məlumatlara görə cihazın təxminən 699 dollar səviyyəsində satışa çıxarılması gözlənilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.