Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ankarada Hüseyn Cavid və Ziya Gökalpın anım mərasimi keçirilib

Azaflı Sosyal Yardım və Mədəniyyət Dərnəyində 1882-ci ildə Naxçıvanda dünyaya gələn Şair, Yazar Hüseyn Cavid və 1876-cı ildə Diyarbakırda dünyaya göz açmış Ziya Gökalpı anma mərasimi gerçəkləşdirilib. Azərbaycalı vəkil Arzuman Azaflının qurduğu və sədrlik etdiyi “Azaflı Sosyal Yardım və Mədəniyyət Dərnəyi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə proqramın aparıcılığını Arzu Vəliyeva və Yecel Gover ediblər. Tədbirdə Türkiyə və Azərbaycan qardaşlığı, “İki Dövlət, Tək Millət” şüarı önə çıxıb. Böyük maraqla qarşılanan tədbirə Azərbaycan və bir çox bölgələrdən qatılanlar olub.

 Tədbir iştirakçılarına dəyərli şair və yazarların həyatlarının bilinməyən tərəfləri haqda məlumat verilib. Çıxış edənlər arasında “Türk Dili və Ədəbiyyatı Dərnəyi”nin sədr müavini “Harran” mədəniyyət və folklor jurnalında şeir, və yazıları ilə tanınan təlimatçı Mehmet Adil Oymak şair-yazar Ziya Gökalpın həyatının bilinməyən tərəflərindən danışıb. 27 il Konya Millət Vəkili olan Fahrettin Yokuş Türkiyə və Azərbaycan qardaşlığı ilə bağlı çıxışı ilə davam edib. Gecədə, Şair-Yazar Hüseyn Cavidin həyatına həsr olunmuş əsər haqqında Azərbaycanlı jurnalist və yazar Hikmət Xuduyev danışıb.

   Tədbr Balkanlar Vakfı başqanı Yüksəl Özkale və Azərbaycandan qonaqlar da qatılıblar. Performansları ilə qonaqlara unudulmaz bir gecə yaşadan “Tülpar” Qafqaz Rəqs Qrupunun performansları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Türk Xalq Musiqi sənətçiləri Serhat Yılmaz, Burak Bilgili və Klarnet ifaçısı Ozan Ali Bilgilinin də qatıldığ gecə böyük maraqla qarşılanıb. Sənətçi Serhat Yılmaz Azərbaycana aid olan “Yaşa mənim xalqım” və “Gizir Oğlu Mustafa Bəy” mahnılarını səsləndirib.

Proqramın aparıcıları Arzu Vəliyeva və Yücel Gover Azərbaycan şairi Bəxtiyar Vahabzadnin qələmə aldığı “Azərbaycan, Türkiyə” şeirini deyiblər. Sonra dərnək başqanı Arzuman Azaflı çıxışının ardından həsrət ayrılığın simgəsi olan, təkcə Azərbaycan Mədəniyyət Beşiyi olan Şuşa şəhərində yetişən və adını bu çiçəkdən alan “Xarı Bülbül” şeirini səsləndirib.

Tədbirdə çıxış edən Millət Vəkili Fahrettin Yokuş türklüyə, türk millətinin birlik və bərabərliyinə vurğu edərkən, türk xalqlarının gələcəkdə daha çox bir araya gəlmələri gərəkdiyini dilə gətirib.

Gecənin sonunda dərnək başqanı Vəkil Arzuman Azaflı tədbirdəki çıxışları və göstərdikləri performanlara görə qonaqlara “Xarı Bülbül” mükafatını təqdim edib.

Qeyd edək ki, “Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi” Ankara şəhərinin Beştəpədə ərazisində yerləşir. Azaflı Plazada fəaliyyət göstərir. Burada müxtəlif təlimlər, dil, musiqi, rəqs kursları və Azərbaycana aid əşyalar sərgilənir. Qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər bir şərait yaradılır.

 

Şərhlər bağlıdır.