Ananı oğlu qətlə yetirib?
Bu gün, yanvarın 1-də Mingəçevir şəhərinin Nizami küçəsində, 13 saylı evin 5-ci mənzilində 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızı qətllə yetirilib. Onun ruhi xəstə olan oğlu tərəfindən öldürüldüyü iddia olunur. Qadının səsinə gələn qonşuların dediyinə görə, 1981-ci il təvəllüdlü İslam Əhmədov 5 çəkic zərbəsi ilə yaşlı anasını vurub. Afaq xanım bir müddət idi ki, qızının yanında qalırdı, ruhi xəstə olan oğlu isə pandemiya səbəbindən evdə saxlanılırdı.
Hadisəni törətməkdə şübhəli bilinən İsllam Əhmədob saxlanılıb. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.
Şərhlər bağlıdır.