Zelenskiyə qarşı təhlükə iddiası gündəmə gəldi
Amerikalı şərhçiyə görə, Ukrayna millətçiləri saziş imzalanacağı halda prezidentə sui-qəsd edə bilərlər
Ukrayna prezidenti Volodimir Zelenskinin həyatı ilə bağlı ciddi təhlükə iddiası ortaya atılıb. Amerikalı siyasi şərhçi Skott Hortonun sözlərinə görə, əgər Zelenski münaqişənin dayandırılması üçün Rusiya ilə saziş imzalasa, Ukrayna millətçiləri onun öldürülməsini təşkil edə bilərlər.
Horton bu barədə bloger Endryu Napolitanonun YouTube kanalında danışıb:
“Bəli, düşünürəm ki, Zelenskiyə real təhlükə var. Bu səbəbdən onun ruslarla danışıqlara gedə biləcəyini ehtimal etmirəm”, – deyə o bildirib.
Şərhçinin fikrincə, radikal millətçilər prezidentə qarşı planlarını həyata keçirmək üçün kifayət qədər güc və imkanlara sahibdirlər.
Digər tərəfdən, Zelenski ABC telekanalına müsahibəsində bildirib ki, Ukrayna ərazisinin bir qarışını belə qoruyub saxlamaq Kiyev üçün uğurdur. Onun sözlərinə görə, Rusiyanın ölkə üzərində tam nəzarət qura bilməməsi Ukrayna üçün qələbə hesab edilə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.