“Yüksəliş” müsabiqəsinin iştirakçı sayı rekord səviyyəyə çatıb
İlk beş mövsümdə 69 mindən çox gənc yarışıb və qaliblər mentor dəstəyi ilə 20 000 manat mükafat qazanıblar
“Yüksəliş” yarışları indiyədək geniş ictimai maraq doğurub və hər mövsüm iştirakçı sayının artması ilə diqqət çəkib.
Bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı yarışa həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, birinci müsabiqədə 11 760 nəfər iştirak edərək 27 qalib müəyyən olunub. İkinci mövsümdə 12 299 iştirakçı, üçüncü mövsümdə 13 474, dördüncü müsabiqədə 15 877 və beşinci mövsümdə isə 16 553 nəfər qeydiyyatdan keçib. Bu iştirakçılardan müvafiq olaraq 22–25 nəfər qalib seçilib.
Fərhad Hacıyev əlavə edib ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Qaliblər mentorlarının rəhbərliyi altında illik fərdi inkişaf planı alır və özünütəkmilləşdirmə üçün 20 000 manat pul mükafatı qazanırlar.
Həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti 10 dekabr 2025-ci il tarixində altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.