Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni qaydalar açıqlanıb

Həccə gedəcək zəvvarlardan sağlamlıq sertifikatı tələb olunacaq

13

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlara yeni tələblər tətbiq edəcək.

Yeni qaydaya əsasən, Həcc vizası verilərkən zəvvarlardan sağlamlıq sertifikatı tələb olunacaq. Bu sənəd Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli, həmçinin “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır.

Məlumata görə, qurbanlıq heyvanın alınması və kəsilməsi “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.

Bundan əlavə, “Nusuk” kartı zəvvarların Məkkə məscidinə və digər müqəddəs yerlərə girişini təmin edəcək. Həmçinin bütün maliyyə və inzibati əməliyyatlar “Nusuk” və “Masar” platformaları üzərindən aparılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.