Yeni dərsliklərdə tarix faktları dəqiqləşdirildi
Tarix dərsliklərinin müəllifi: “Atropatenanın süqutu deyil, müstəqilliyin məhdudlaşdırılması kimi təqdim olunub”
Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərinə bir sıra dəyişikliklər edilib.
Tarix dərsliklərinin müəllifi Ramil Tanrıverdi “Təhsil TV”də yayımlanan “Xüsusi buraxılış” verilişində bildirib ki, yeni dərsliklərdə Atropatena dövlətinin süqutu ilə bağlı məlumat fərqli şəkildə təqdim olunur.
“Vaxtilə dərsliklərdə Atropatena dövlətinin süqutu belə göstərilirdi: sonuncu hökmdar Ariovastın ölümündən sonra dövlət müstəqilliyini itirir və süquta uğrayır. Əslində isə bu, süqut deyil, müstəqilliyin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Yeni dərslikdə də bu yanaşma əksini tapıb,” – deyə Tanrıverdi qeyd edib.
Müəllif həmçinin Qaraxanilər dövləti ilə bağlı məlumatın da yeniləndiyini bildirib:
“Əvvəlki dərsliklərdə Qaraxanilər dövlətinin 927-ci ildə yarandığı qeyd olunurdu. Lakin yeni dərslikdə bu tarix 842-ci il kimi göstərilib. Çünki 927-ci ilə dair heç bir etibarlı mənbə tapılmayıb.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.