Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaş sərhədi təhsilə mane ola bilməz

Mingəçevir Dövlət Universitetinin məzunu Rəhman Cəlilov iqtisadiyyat üzrə bakalavr dərəcəsini qiyabi təhsilini tamamlayaraq əldə etdi

23

62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.
Universitetin yaydığı məlumatda bildirilir ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib.
O, Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə qiyabi təhsil alıb.
Qeyd olunur ki, Rəhman Cəlilov əvvəlcə kollec təhsilini başa vurmuşdur. Hazırda o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində işləyir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.