Yas mərasimlərində yeni qaydalar
Ağdamda mərasimlərin yüngülləşdirilməsi və ehsan qadağası tətbiq olundu
Ağdam rayonunda dəbdəbəli yas məclislərinin ləğvi və sadələşdirilməsi barədə qərar qəbul edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayon ərazisində yas mərasimlərinin müddəti cəmi üç gün ilə məhdudlaşdırılacaq və mərasim zamanı isti yeməklər təqdim edilməyəcək.
Qeyd edək ki, ölkənin bir sıra bölgələrində artıq oxşar qərarlar qəbul olunub. Daha əvvəl Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində ehsan verilməsi dayandırılıb. Bu addımlar mərasimlərin sadələşdirilməsi və vətəndaşların maliyyə yükünün azaldılması məqsədilə atılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.