Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yanvarın 21-i ölkədə qar və sulu qar yağışı davam edir

Havanın gündüzdən mülayimləşməsi və temperaturun tədricən yüksəlməsi gözlənilir

89

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, yanvarın 21-i saat 10:00-a olan məlumata görə, ölkənin əksər rayonlarında qar və sulu qar yağışı davam edir. Xidmətin məlumatına əsasən, Lerikdə qar təxminən 116 sm, Astaranın dağlıq ərazilərində 70 sm, Yardımlıda 49 sm, Zaqatalanın Əlibəy kəndində və Kəlbəcərdə 42 sm, Şahbuzda 32 sm, Sarıbaşda (Qax) 28 sm, Şuşada 27 sm, Şəkinin Kişçayında 24 sm, Xızıda 22 sm, Xankəndi və Qrızda 20 sm, Cəlilabadda 16 sm, Laçın və Qubadlıda 15 sm, Qusarın Lazada kəndində 15 sm qar ölçülüb. Digər bölgələrdə qarın hündürlüyü 1–13 sm aralığında dəyişir.

Yağıntı miqdarı isə Beyləqan və Lənkəranda 24 mm, Bakıda və Abşeron yarımadasında 15 mm, Sabirabadda 13 mm, Astarada 12 mm, Kürdəmirdə 9 mm, Tovuz, Zərdab və Mingəçevirdə 6 mm, Balakən və Yevlaxda 5 mm, Gəncə və Şəmkirdə 4 mm, Ağstafa və Neftçalada 3 mm, Şabranda 2 mm, Göygöldə 1 mm təşkil edir.

Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı və Lerikdə duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 °C, Aran rayonlarında 2 °C, Naxçıvan MR-da 15 °C, dağlıq ərazilərdə 9 °C, yüksək dağlıq zonalarda isə 18 °C şaxta təşkil edir.

Proqnoza əsasən, yanvarın 21-i gündüzdən ölkə üzrə hava şəraiti yavaş-yavaş mülayimləşəcək. 22–25 yanvar tarixlərində əksər rayonlarda əsasən yağmursuz hava gözlənilir, temperatur tədricən yüksələcək və mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.