Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yanvarın 17-də hava proqnozu

Bakıda dəyişkən buludlu hava, bəzi rayonlarda qar və sulu yağış gözlənilir, dağlıq ərazilərdə şaxta hökm sürəcək

73

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı keçəcək. Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə yağış sulu qarla qarışıq yağa bilər. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3°C, gündüz 4-7°C civarında olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 4°C şaxtadan 1°C-yə qədər isti, gündüz 5-10°C isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10°C şaxta, yüksək dağlıq yerlərdə 15-20°C şaxta, gündüz isə 0-5°C şaxta gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.