Bizimlə həyatınız həmişə işıqlı olacaq!

XRİTDX enerji sektorunda kibertəhlükəsizlik təlimi təşkil edib

“Cyber Polygon” layihəsi çərçivəsində keçirilən təlim enerji infrastrukturlarının təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edir

346

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim təşkil edib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində, XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə “Cyber Polygon” layihəsi çərçivəsində keçirilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub.

Təlimdə enerji sektoruna yönəlmiş kibertəhdidlər, kritik infrastrukturun qorunması, dövlət əhəmiyyətli enerji obyektləri üçün təhlükəsizlik tələbləri və audit qaydaları barədə təqdimatlar olub. Həmçinin “Cyber Polygon” platformasının funksional və texniki imkanları iştirakçılara təqdim edilib. Platforma Bakı Ali Neft Məktəbində qurulmuş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında istifadə üçün nəzərdə tutulub.

Belə təlimlər enerji sektorunda kiberinsidentlərə hazırlığı artırır, real ssenarilər üzrə qərarvermə və koordinasiya bacarıqlarını gücləndirir, kritik infrastrukturun təhlükəsizliyini yoxlayaraq boşluqları müəyyənləşdirir və ölkə əhəmiyyətli enerji sistemlərinin dayanıqlılığını möhkəmləndirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.