Xocavənddə genişmiqyaslı bərpa proqramı
Rayonda 140 ev yenilənir — 12 milyonluq layihə start götürdü
Xocavənddə çoxmənzilli və fərdi yaşayış evlərinin bərpası ilə bağlı tender prosesləri başa çatıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs layihənin icrası üçün bir neçə şirkətlə müqavilələr imzalayıb.
Qurumun məlumatına görə:
-
“Araz İnşaatçı” MMC — Cütcü kəndində 40 evin (6732 m²) təmiri üçün 2 milyon 352 min 837 manat dəyərində müqavilə əldə edib.
-
“Qarabağ Enerji Təchizat” MMC — Kiş kəndində 50 evin (8415 m²) təmiri üçün 2 milyon 941 min manatlıq müqavilə imzalayıb.
-
“Platin-M” MMC — Xocavənd şəhərində 50 evin (8415 m²) bərpasını təmin edəcək. Müqavilənin məbləği 2 milyon 928 min 713 manat təşkil edir.
-
“Via Construction” MMC — Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri üçün 3 milyon 695 min 545 manat dəyərində müqavilə bağlayıb.
Ümumilikdə, Xocavənddə 140 evin təmiri və tikinti işləri üçün ayrılan vəsaitin məbləği 12 milyon manata yaxındır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.