Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xaricdə Təhsil Üçün Sənəd Qəbulu Başlayır

Gənclər Aprelin 15-dən Xaricdə Təhsil Üçün Müraciət Etməyə Başlaya Biləcək

94

2026–2027-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu aprelin 15-də başlayacaq.

Bu barədə məlumat Dövlət Proqramı İdarəetmə Qrupundan verilib.

Qeyd olunub ki, prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura proqramları üzrə seçilmiş nüfuzlu xarici universitetlərin siyahısı yanvarın 12-dən ictimaiyyətə təqdim olunub. Müraciət etmək üçün tələb olunan əsas şərtlərdən biri məhz bu siyahıda yer alan universitetlərdən qəbul sənədinin əldə edilməsidir.

Həmçinin, proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.