Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xaricdə İran səfirliklərində “Şir və Günəş” bayrağı qaldırıldı

Avstraliya, Norveç və Böyük Britaniyadakı səfirliklərdə İslam Respublikası bayrağı endirilib, Rza Pəhləvi İran xalqına aid milli simvolun bərpasını tələb edib

544

İranın Kanberra şəhərindəki (Avstraliya) səfirliyində İslam Respublikası bayrağı endirilərək, yerinə “Şir və Günəş” bayrağı qaldırılıb.

Daha əvvəl İranın Norveç və Böyük Britaniyadakı səfirliklərində də İslam Respublikasının bayrağı aşağı endirilmişdi.

İran Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar Böyük Britaniya səfirini çağırıb.

Rza Pəhləvi, İranın sonuncu şahının oğlu, daha əvvəl xaricdə yaşayan iranlılara ünvanladığı mesajında qeyd edib:
“İranın xaricdəki səfirlik və konsulluqları xalqımıza aiddir. Artıq İslam Respublikasının bayrağının yerinə milli bayrağın qaldırılma vaxtıdır.”

Qeyd edək ki, “Şir və Günəş” bayrağı Pəhləvi ailəsinin 1925-1979-cu illərdə hakimiyyətdə olduğu dövrün simvoludur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.