Xalq artisti Ramiz Quliyev vəfat etdi
Azərbaycan musiqi sənəti böyük itki ilə üzləşdi – tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişdi
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Ramiz Quliyev bu gün səhər saatlarında vəfat edib. Mərhum sənətkarın oğlu, dirijor Əyyub Quliyev atasının ölüm xəbərini təsdiqləyərək bildirib ki, vida mərasimi Əjdərbəy məscidində keçirilə bilər, lakin dəfn yeri hələ dəqiqləşməyib.
Qeyd edək ki, Ramiz Quliyev bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalında müalicə olunurdu.
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam musiqi məktəbinə daxil olub, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Sənətkar uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. 1974–1992-ci illərdə Konservatoriyada müəllim, baş müəllim, dosent və professor kimi çalışıb, 1992–2002-ci illərdə isə Xalq çalğı alətləri kafedrasına rəhbərlik edib.
1988-ci ildə ona Xalq artisti fəxri adı verilib. Ramiz Quliyev son illər Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirirdi və 2004-cü ildən Prezident təqaüdçüsü idi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.