Dağıstanda zəlzələ baş verdi
5,4 bal gücündəki təkanlar Azərbaycanda da bir sıra şəhərlərdə hiss olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Dağıstanda 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 66 kilometr dərinliyində yerləşib.
Zəlzələ Bakı vaxtı ilə saat 00:33-də baş verib. Hadisə Rusiyanın İzberbaş şəhərindən 28 kilometr şərqdə, Dərbənddən isə 51 kilometr şimal-şimal-qərbdə qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Azərbaycanda Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə 3–4 bal gücündə hiss olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.